Hindistana məxsus "MiQ-2" döyüş təyyarəsinin evin üzərinə düşməsi nəticəsində 3 nəfər həlak olub.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, təyyarə ölkənin qərbindəki Racastan əyalətində yaşayış məntəqəsinə düşüb.
Qəza nəticəsində 3 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.
Eyni zamanda pilotun yüngül xəsarət aldığı bildirilib.
Qəzanın səbəbləri araşdırılır.
Aysu Demokrat.az


