Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar paketini hazırlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar xarici mediada öz əksini tapıb.
Bildirilib ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiya paketi təklifini üzv ölkələrə göndərib.
Aİ Komissiyasının sözçüsü Erik Mamer Brüsseldə keçirilən gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.
O, Aİ Komissiyasının 11-ci sanksiya paketi təklifinin üzv ölkələrə göndərildiyini təsdiq edib.
Sözçü həmçinin, yeni sanksiya paketinin təfərrüatlarını hələlik paylaşa bilməyəcəyini vurğulayıb.
Yaxın günlərdə sanksiya paketinin açıqlanması gözlənilir.
Aysu Demokrat.az


