Dünya Özəl

İran prezidenti 13 ildən sonra ilk dəfə Suriyaya səfər etdi

İran prezidenti 13 ildən sonra ilk dəfə Suriyaya səfər etdi

İran prezidenti İbrahim Rəisi 13 ildən sonra ilk dəfə Suriyaya səfər edib.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Səfər zamanı İran və Suriya arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Sənədə əsasən, iki ölkə neft, enerji, ticarət, mənzil, hava və dəmir yolu nəqliyyatı kimi sahələrdə “Hərtərəfli, Uzunmüddətli və Strateji Əməkdaşlıq Proqramı” çərçivəsində əməkdaşlıq edəcək.

Müqavilələrin imzalanmasından sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Suriya prezidenti Bəşər Əsəd iranlı həmkarının səfərinin əhəmiyyətinə toxunub.

O, bu səfərin qlobal və regional inkişaflar fonunda mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Aysu Demokrat.az

D
demokrat.az