Dünya

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb - FOTO + VİDEO

Rusiyada, Buryatiya Respublikasının şimalında “Anqara” aviaşirkətinə mənsub An-24 sərnişin təyyarəsi qəza enişi edib. Hadisə zamanı pilotların ikisi də ölüb, daha 7 nəfər xəsarət alıb.

"RİA Novosti" bildirir ki, bu barədə Respublika rəhbərinin mətbuat katibi Aleksey Fişev məlumat yayıb.

Onun sözlərinə əsasən, təyyarədəki 42 nəfər böyük və 1 uşaq xilas edilib.

"Təyyarə bu gün səhər saatlarında Nijneanqarskdan Ulan-Udeyə uçmaq üçün havaya qalxıb. Bir qədər sonra onun mühərriklərdən birində nasazlıq yaranıb. Heyət hava limanına qayıtmaq qərarına gəlib.

İlkin məlumata görə, təyyarə eniş edərkən, uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Nəticədə təyyarə alışıb", - deyə Fişev bildirib.

D
demokrat.az