İsveç mediası “Allt ät alla Gothenburg” adlı qrupun mayın 3-də Türkiyə bayrağını yandırmağa hazırlaşdığını yazıb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
İsveçin baş naziri Ulf Kristersson ötən həftə verdiyi açıqlamasında yeni terrorla bağlı qanun layihəsinin iyunun 1-də qüvvəyə minəcəyini və bu qanunla terror təşkilatlarına qoşulmaq və onları maliyyələşdirmək qadağan ediləcəyini açıqlamışdı.
Lakin İsveç hökumətinin NATO-nun açarı kimi gördüyü qanun layihəsi ölkədə reaksiyalara səbəb olub.
İsveç hökumətinin prezident Ərdoğanı qəzəbləndirməmək üçün ona tabe olduğunu iddia edən qəzet “Allt ät alla Gothenburg” adlı qrupun mayın 3-də bütün dünyanın gözü qarşısında Türkiyə bayrağını yandırmağa hazırlaşdığını qeyd edib.
Qəzet yazır ki, Türkiyədə bayrağa hörmətsizlik cinayət olsa da, İsveçdə bu, tamamilə qanunidir.
Aysu Demokrat.az


