Dünya Özəl

Xarici ölkələr Sudandan vətəndaşlarını təxliyə edirlər

Xarici ölkələr Sudandan vətəndaşlarını təxliyə edirlər

Hazırda kütləvi iğtişaşların davam etdiyi Sudanda xarici ölkə vətəndaşlarının təxliyəsi prosesi sürətlənib.

Demokrat.az xəbər verir ki, bir çox xarici ölkələr öz vətəndaşlarını hava, quru və dəniz yolu ilə təxliyə etmək üçün səfərbər olublar.

Cibutidəki aerodromdan havaya qalxan və Xartuma enən 3 Amerikalı “Chinook” helikopteri 100-ə yaxın ABŞ vətəndaşını evuakasiya edib.

Bu əməliyyatdan sonra bir çox ölkələr quru, dəniz və hava yollarından istifadə edərək təxliyə cəhdlərini sürətləndirib.

Qeyd edək ki, Sudandan ilk uğurlu təxliyəni Səudiyyə Ərəbistanı edib. Təxliyə nəticəsində 150-dən çox insan hərbi gəmi ilə ölkədən çıxarılıb.

Aysu Demokrat.az

D
demokrat.az