Dünya

Moldova Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxardı

Moldova Rusiya səfirliyinin əməkdaşını ölkədən çıxardı

Moldova Tatarıstan rəhbəri Rüstəm Minnixanovun ölkəyə buraxılmaması ilə bağlı insidentdən sonra Rusiya səfirliyinin əməkdaşını “persona non-qrata” elan edərək ölkədən çıxarıb.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin mətbuat katibi Filip Kojokaru bildirib.

“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkəmiz ərazisində “persona non-qrata” elan edilməsi qərara alınıb. Səfirliyin daha iki əməkdaşının hava limanına xüsusi buraxılışı qadağan edilib”, - o deyib.//Report

D
demokrat.az