Məşhur amerikalı pianoçu və bəstəkar Əhməd Camal 92 yaşında dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Bildirilib ki, ictimaiyyətə bəstəkarın öldüyünü ailəsi açıqlayıb.
Verilən açıqlamada sənətçinin xərçəng xəstəliyindən öldüyü qeyd olunub.
Qeyd edək ki, o, 70 ildən çox davam edən karyerasında 80-ə yaxın albom çıxararaq caz, pop kimi musiqi sahələrinə töhfə verib.
Aysu Demokrat.az


