Ukraynadan Polşaya gələn qaçqınların sayı 11 milyonu ötüb.
Demokrat.az xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin Twitter hesabındakı paylaşımda Ukrayna-Rusiya müharibəsi başlayandan intensiv miqrasiyanın olduğu xatırladılıb.
Paylaşımda yalnız dünən Ukraynadan ölkəyə 20 min adamın daxil olduğu ifadə edilib:
"Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 11 milyonu keçib”.
Polşanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin paylaşdığı məlumata görə, Ukraynadan Polşaya keçənlərin 87 faizi qadın və uşaqlardır.
Aysu Demokrat.az


