Səudiyyə Ərəbistanının Yəməndə Husilərlə daimi atəşkəs danışıqları masasına oturacağı bildirilib.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Səudiyyə və Oman elçiləri Husi rəsmiləri ilə “sülh danışıqları aparmaq” və səkkiz illik qarşıdurmaya son qoymaq üçün gələn həftə Yəmənin paytaxtı Sənaya gəlməyi planlaşdırır.
Mümkün sövdələşmənin aprelin 20-də Ramazan bayramından əvvəl açıqlanması gözlənilir.
Bildirilir ki, Yəməndə daimi atəşkəsə nail olmaq Yaxın Şərqdə sabitləşmədə dönüş nöqtəsi olacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Husilərlə birbaşa danışıqlara ötən ilin yayından başlayıb.
Aysu Demokrat.az


