Dünya

Putin Moskvada Suriya prezidenti ilə görüşdü

Putin Moskvada Suriya prezidenti ilə görüşdü

Rusiya prezidenti Vladimir Putin paytaxt Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

Demokrat.az xəbər verir ki, İki ölkə arasında hərtərəfli görüş keçirilməsi ilə Moskva ilə Dəməşq arasında münasibətlərin yaxşılaşdığı bildirilib.

Kreml sarayında keçirilən görüşdə mətbuata açıqlama verən Putin, zəlzələlərin Suriyadakı vəziyyəti daha da pisləşdirdiyini bildirib.

Zəlzələnin nəticələrinin aradan qaldırılmasında Suriyaya kömək etdiklərini bildirən prezident, ikitərəfli münasibətlərin yaxşılaşdığını ifadə edərək, "Hər şeyə baxmayaraq, əlaqələrimiz iqtisadiyyat sahəsində də inkişaf edir. Ötən il ikitərəfli ticarət həcmi 7 faiz artıb. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 80 illiyini qeyd edəcəyik” deyə bildirib.

Həmçinin, Suriyada beynəlxalq terrorizmlə mübarizə məsələsinə toxunan prezident, "Bizim birgə səylərimiz və Rusiya Silahlı Qüvvələrinin töhfələri sayəsində Suriyada beynəlxalq terrorizmlə mübarizədə əhəmiyyətli nəticələr əldə edilib". - deyə əlavə edib.

Aysu Demokrat.az

D
demokrat.az