İsveçin baş naziri Ulf Kristersson İsveç və Finlandiyanın yaxın vaxtlarda NATO-ya üzv olma ehtimalının daha yüksək olduğunu açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
İsveçin baş naziri Kristersson bildirib ki, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün ratifikasiyasının müxtəlif vaxtlarda baş verməsi ehtimalı istisna oluna bilməz.

Kristersson həmçinin Finlandiyanın NATO-da olması ilə İsveçin daha təhlükəsiz olacağını bildirib.
Aysu Demokrat.az


