Dünya Özəl

Almaniyada etirazlara görə təyyarə reysləri təxirə salındı

Almaniyada etirazlara görə təyyarə reysləri təxirə salındı

Almaniyanın paytaxtı Berlin, Hannover, Hamburq və Bremendəki hava limanlarında təhlükəsizlik işçilərinin aksiyalarına görə uçuşlar təxirə salınıb.

Demokrat.az xəbər verir ki, Alman Həmkarlar İttifaqının çağırışı ilə hava limanlarında çalışan işçilər 24 saatlıq etiraz aksiyalarına başlayıblar.

Berlin Hava Limanının yaydığı açıqlamada etiraz aksiyaları səbəbindən təyyarələrin havaya qalxmayacağı, bunun gələn təyyarə uçuşlarına da təsir edə biləcəyi deyilir.

Hamburq Hava Limanı da oxşar açıqlama yayaraq, uçuşların ləğv ediləcəyini və ya ləngiyəcəyini, Bremen hava limanı isə bu gün heç bir uçuşun olmayacağını açıqlayıb.

Qeyd edək ki, etirazlarla əlaqədar Berlində 200-ə yaxın uçuş ləğv edilib.

Aysu Demokrat.az

D
demokrat.az