Böyük Britaniya və Fransa Ukraynadənizçilərinə birgə təlim keçəcək.
Bunu Fransa prezidenti Emmanuel Makron Parisdə Böyük Britaniyanın baş naziri Rişi Sunakla birgə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlar Rusiyanın işğalının bütün dünyaya yayılmasının qarşısını almaq üçün hər şey edirlər.
"Biz Ukrayna ilə hərbi və mühüm seqmentlərinin təlim-tərbiyəsi üçün birgə tədbirlər barədə razılığa gəldik. Biz ukraynalı dostlarımızı ən yaxşı şərtlərlə razı salmalıyıq", - Makron deyib.
Sunak isə çıxışında bidirib ki, Ukrayna dənizçilərinin təlimləri Döyüş Meydanında Ukraynaya həlledici üstünlük qazanmağa kömək edəcək:
"Bizhəmçinin hava, müdafiə, döyüş və uzunmənzilli silahlar kimi mürəkkəb silahların hazırlanmasını birgə araşdıracağıq. Biz azadlıq uğrunda birgə mübarizəni davam edəcəyik", - Sunak əlavə edib.
Qeyd edək ki,fevral ayında Fransa Müdafiə Nazirliyi 2 min Ukrayna hərbçisinə təlim keçirildiyini bildirib. Həmçinin Ukrayna hərbiçilərininPolşada hərbi təlimləri keçirilir.
Leyla Demokrat.az


