Dünya Özəl

Zelenskidən daha bir ÇAĞIRIŞ

Zelenskidən daha bir ÇAĞIRIŞ

Ukrayna prezidenti Volodimr Zelenski Rusiya və digər təcavüzkar ölkələrə sanksiyaların artırılmasını tələb edib.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,o, bunu Finlandiyanın baş naziri Sanna Marinlə Kiyev şəhərində keçirdiyi birgə mətbuat konfransında bildirib.

" Raket hücumunda və raket proqramında iştirak edən Rusiya və bu terroru həyata keçirməyə kömək edən digər ölkələrə qarşı tez bir zamanda təzyiq göstərmək vacibdir. Biz qlobal sanksiyaların tətbiq olunması üçün razılığa gəlməli, Rusiyanın raket potensialını bərpa etmək, yeni dronlar, yeni texnologiya və s. əldə etmək üçün istənilən imkanları tamamilə əngəlləməliyik"-deyə Zelenski bildirib.

Zelenski çıxışında Rusiyanın hücumlarının qarşısının alınması və Rusiyaya qarşı daha çox sankisyaların qoyulması üçün dünya ölkələrinə çağırış edib.

Qeyd edək ki, Finlandiyanın baş naziri Sanna Marin Ukraynada səfərdədir.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova