Dünya Özəl

İtaliyada hərbi təlim zamanı təyyarələr toqquşdu, ölənlər var

İtaliyada hərbi təlim zamanı təyyarələr toqquşdu, ölənlər var

İtaliyanın paytaxtı Romada İtaliya Hərbi Hava Qüvvələrinə məxsus 2 hərbi təlim təyyarəsinin havada toqquşması nəticəsində 2 pilot həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat xarici mediada əksini tapıb.

Bildirilib ki, yanan iki təyyarədən biri dayanmış avtomobilin üzərinə, digəri isə boş yerə düşüb.

Qəza nəticəsində hər iki təyyarənin pilotları həlak olub.

İtaliyanın baş naziri Giorgia Meloni sosial media hesabından qəza ilə bağlı açıqlamasında deyib:

"Təyyarə qəzasında 2 pilotun həyatını itirdiyini bildirməkdən çox kədərlənirik. Hökumət adından qəzada həyatını itirənlərin ailələrinə baş sağlığımızı bildiririk".

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova