Dünya Özəl

Ruslar Xerson vilayətində humanitar yardım alan vətəndaşlara dronla hücum ediblər

Ruslar Xerson vilayətində humanitar yardım alan vətəndaşlara dronla hücum ediblər

Rusiya qoşunları Xersonda dinc sakinlərə hücum edib.

Demokrat.az xəbər verir ki, sakinlər Xerson vilayətinin Beryslav vilayətində humanitar yardım almaq üçün növbədə dayanıblar.

Bu zaman dronlarla onlara zərbələr endirilib. Bu barədə Ukrayna Prokurorluğu məlumat yayıb.

"İstintaq məlumatlarına əsasən, 2-cü il martın 2023-də beynəlxalq humanitar hüququ pozaraq, Rus qoşunları Xerson vilayətinin azad edilmiş ərazilərini atəşə tutublar. Bir uşaq da daxil olmaqla, 9 mülki vətəndaşın yaralanıb. Onlara tibbi yardım göstərilir. Bundan başqa, mülki infrastruktur obyektlərinə də ziyan dəyib" - məlumatda deyilir.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova