Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin yayılan yeni növü ilə mübarizə üçün insanlara çağırış edib.
Demokrat.az “Haber Global”a istinadən xəbər verir ki, ÜST rəsmilərindən Patrik Otim mətbuata açıqlamasında vəba epidemiyasının təhlükəsinə diqqət çəkib.
O, Afrikanın bəzi bölgələrində davam edən yağışlar səbəbindən, epidemiyanın sürətli yayılma riskindən danışıb. ÜST rəsmisi, epidemiya ilə mübarizə üçün insanlardan daha çox kömək istəyib.
Otim, epidemiyanın xüsusilə çirkli sular vasitəsilə yayıldığına dair məlumatı paylaşıb. Bildirib ki, vəba epidemiyası çox yayılmadan ölkələrə dəstək olmaq çox vacibdir.
Qeyd edək ki, İllərdir azalan vəba problemi, iqlim dəyişikliyi və yoxsulluq kimi səbəblərdən yenidən artmağa başlayıb.
Aysun Demokrat.az


