İtaliyada baş verən gəmi qəzası nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya sahillərində baş verən qəzada həyatını itirənlərin sayı artmaqdadır.
Məlumata görə, axtarış-xilasetmə qrupları daha iki uşağın cəsədini tapıblar.
Bununla da, hadisə zamanı həyatını itirənlərin sayı 67-yə yüksəlib.
Qeyd edək ki, fevralın 26-da Kalabriya sahillərində nizamsız miqrantların olduğu taxta qayıq sahildən bir neçə metr aralıda qayalara çırpılaraq batıb. Əlverişsiz hava şəraiti səbəbindən, səlahiyyətlilər hələ də bir çox insandan xəbər olmadığını deyiblər.
Aysu Demokrat.az


