Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsi Giresunspor, Kayserispor, Beşiktaş, Konyaspor, Ankaragücü, Qalatasaray və Trabzonsporun Peşəkar Futbol İntizam Şurasına sövq edildiyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Türkiyə çempionatının 23-cü turundan və təxirə salınan matçlardan sonra Giresunspor, Kayserispor, Beşiktaş, Konyaspor, Ankaragücü, Qalatasaray və Trabzonspor Peşəkar Futbol İntizam Şurasına cəlb edilib.
Qeyd olunan klublar, Superliqa oyunlarında "çirkin və pis təzahür" göstərdiyinə görə Futbol İntizamı Sərəncamının 53-cü maddəsinə uyğun olaraq və "Meydanda baş verən hadisələrə görə" Futbol İntizamı Sərəncamının 52-ci maddəsinə uyğun olaraq, Peşəkar Futbol İntizam Şurasına göndərilməsinə qərar verilib.
Aysun Demokrat.az


