Dünya Özəl

Banan daşıyan konteynerlərdə 330 milyonluq kokain ələ keçirildi

Banan daşıyan konteynerlərdə 330 milyonluq kokain ələ keçirildi

Ekvador polisi Belçikaya göndərilməsi üçün hazırlanmış bananlarla dolu konteynerlərdə təxminən 8,8 tona qədər kokain aşkarlayıb.

Demokrat.az xəbər verir ki, polis rəisi Fausto Salinas ələ keçirilən narkotikin bazar dəyərinin təxminən 330 milyon dollar olduğunu bildirib.

Ekvador qonşu ölkələri Peru və Kolumbiyada istehsal olunan kokainin daşınması üçün əsas tranzit marşrutlarından birinə çevrilib.

Ötən il Cənubi Amerika ölkəsində əsasən Quayaquil limanından ümumilikdə 200 ton narkotik ələ keçirilib.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova