ABŞ-ın Ohayo ştatında ekoloji fəlakətə səbəb olan qatar qəzası siyasi gündəmdədir. Sabiq prezident Donald Tramp qəzanın baş verdiyi kəndə baş çəkib. Səfər zamanı Tramp tənqid hədəfini ABŞ prezidenti Baydenə yönəldib.
Demokrat.az xəbər verir ki, 150 vaqondan ibarət qatar, Madison şəhərindən Pensilvaniyaya yük daşıyarkən qəfildən relsdən çıxaraq partlayıb. Qəza nəticəsində kimyəvi maddələr daşıyan 11 vaqon relsdən çıxıb.
Ekoloji fəlakətdən bir neçə gün sonra əraziyə səfər edən ilk şəxs ABŞ-ın keçmiş prezidenti Donald Tramp olub.
Tramp, Baydeni hədəf alıb və onu aşağıdakı şəkildə tənqid edib:
“Ümid edirəm ki, Bayden və onun nümayəndələri Ukrayna ətrafında səyahət etməkdən sizə baxmağa vaxt tapacaqlar”.
Aysun Demokrat.az


