Dünya Özəl

Çində kömür mədəni çöküb, 57 nəfər itkin düşüb

Çində kömür mədəni çöküb, 57 nəfər itkin düşüb

Çində kömür mədəni çöküb.

Demokrat.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Çinin şimalındakı Daxili Monqolustan ərazisində baş verib.

Hadisə yerinə 200 nəfərdən çox xilasetmə heyəti və təcili tibbi yardım maşınları göndərilib.

Çin mediasınin verdiyi məlumatda daş kömür karxanasının çökməsi nəticəsində 57 nəfərin dağıntılar altında qaldığı bildirilib.

Verilən məlumatda həmçinin xilasetmə işlərinin davam etdiyini və hadisənin araşdırıldığı deyilir.

Arzu Demokrat.az

D
demokrat.az