Kahramanmaraşda baş verən zəlzələlərdə axtarış-xilasetmə işləri zamanı həyatını itirən Proteo üçün Meksikada mərasim təşkil edilib.
Demokrat.az "Reuters"ə istinadən xəbər verir ki, Meksika axtarış-xilasetmə qrupunun bir hissəsi olan Proteo, Adıyamanda iki nəfərin xilas edilməsində mühüm rol oynayıb.
Mərasimdə Proteonun gözətçisi olan Karlos Villeda Markes duyğusal çıxışı ilə yadda qalıb:
"Gedişin üçün çox üzgünəm, sevgili dostum. O biri dünyada kim varsa, indi onlar üçün qaç və onlar xilas et".
Qeyd edək ki, Meksika komandası ilə 16 axtarış-xilasetmə iti Türkiyəyə gətirilmişdi.
Aysun Demokrat.az


