Dünya Özəl

Reznikov "Ramşteyn-9"da Ukraynaya hansı yardımın müzakirə ediləcəyindən danışdı

Reznikov Ramşteyn-9da Ukraynaya hansı yardımın müzakirə ediləcəyindən danışdı

Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində növbəti iclası,"Ramşteyn" görüşü fevralın 14-də baş tutacaq.

Demokrat.az bildirir ki, bu səbəbdən Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Brüsselə gedib.

Reznikov bildirib:

"Müdafiə Nazirliyinin, kəşfiyyat, Ümumi Şöbə və diplomatlarımızın nümayəndələrindən ibarət birgə komandaya rəhbərlik etmək mənim üçün doqquzuncu dəfədir ki, şərəfdir. Yaxın günlərdə əməkdaşlarla intensiv əməkdaşlıq edəcəklər"

Nazir "Ramştey-9" görüşünün gündəliyində duran əsas məsələləri də açıqlayıb.

Görüşün iştirakçıları Ukrayna səmasının mühafizəsi, "tank koalisiyası"nın inkişafı, silah-sursat məsələlərini və digər mövzuları nəzərdən keçirəcəklər.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova