"Ukraynada müharibə illərlə davam edəcək, yaxın onilliklərdə ruslarla ukraynalılar arasında münasibətlər yaxşılığa doğru getməyəcək".
Bu fikri"Rzeczpospolita"ya müsahibəsində Polşanın 13-cü prezidenti (1995-2005) Aleksander Kvasniewski səsləndirib.
Onun fikrincə, münaqişə uzun müddət davam edəcək.
"Müharibə bir növ çəkişmə, razılaşma ilə başa çatacaq. Putinin yaratdığı nifrət səviyyəsi elədir ki, sülhün bərqərar olması üçün nəsillər lazım olacaq".
Keçmiş Polşa prezidenti onu da vurğulayıb ki, Rusiya bu müharibədən elə zəif çıxacaq ki, Ukraynanın NATO-ya daxil olması kimi məsələlərdə onun razılaşmasına və ya fikir ayrılığına diqqət yetirmək lazım deyil.
Kvasniewskimüharibədən sonra Ukrayna ordusunun Avropanın ən güclü ordusuna çevriləcəyini də proqnozlaşdırır.
Leyla Demokrat.az


