Almaniyanın Ukraynaya "Leopard" tankları göndərəcəyini bildirməsindən sonra Niderland, Finlandiya və İspaniya da analoji addımı atıblar.
Demokrat.az xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Rutte bildirib. O, qeyd edib ki, Niderland Ukraynaya döyüş tankları çatdırmağa hazırdır.
Rutte deyib ki, Niderland hazırda Almaniyadan icarəyə götürdüyü tankları alıb Ukraynaya göndərmək variantını seçə bilər.
İspaniyanın müdafiə naziri Marqarita Robles Almaniyanın tanklar göndərməyə və NATO-nun digər müttəfiqlərinə də eyni şeyi etməyə icazə verdikdən sonra İspaniya Ukraynanı Almaniya istehsalı olan "Leopard 2" tankları ilə təchiz etməyə hazırdır.
O, EFE xəbər agentliyinə bildirib ki, İspaniya Qərb müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edərək, Ukraynaya Rusiyanın işğalından qorunmağa kömək edəcək.
"Elcano" beyin mərkəzinin təhlükəsizlik və müdafiə üzrə tədqiqatçısı Feliks Arteaqanın sözlərinə görə, İspaniyada 108 "2A4" tankı var.
Finlandiya Müdafiə Nazirliyi bildirib ki, onlar Ukraynaya tank göndərməyi planlaşdırırlar, lakin onların töhfəsi çox da böyük olmayacaq.
“Biz hələ NATO üzvü deyilik və müdafiəmizi təhlükəyə ata bilmərik”, - deyə bəyanatda bildirilib.
Jalə Demokrat.az


