Kriminal Özəl

Qusarda içki üstündə dava — TƏFƏRRÜAT

Qusarda içki üstündə dava — TƏFƏRRÜAT

Qusar rayonunda 1977-ci il təvəllüdlü Azər şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı Əjdərə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin aprelin 11-də Qusar şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən adsız kafedə baş verib.

Azər kafedə müştərilərin olduğu zaman arağı icazəsiz içən Əjdəri nalayiq ifadələrlə təhqir edib. Daha sonra küçədə onun ayaq zərbəsi ilə arxadan vurub.

Sonra isə yumruq və əl zərbələri ilə onu üzündən vurub.

İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 11-də “Avtobaza” adlanan ərazidə olan adsız kafedə tək stolda oturub, sonra onun yanına tanışı gəlib: “Daha sonra kafeyə Azər gəldi və mənim oturduğum masada stəkanda olan arağı razılığım olmadan içdi. Mən də Əjdəri ordan qovdum. Həmin vaxt Əjdər məni söydü. Buna görə də əsəbləşərək Əjdəri arxadan təpiklə, üzündən şillə ilə vurdum. Əvvəllər Əjdəri üzdən tanımışam. Həmin vaxt Əjdər sərxoş olub”.

Təqsirləndirilən şəxs qeyd edib ki, kafedə 2-3 nəfər olub, orada olan şəxslər onları ayırıb: “Daha sonra Əjdər məndən polisə şikayət etdim. Mən təhqiqata cəlb olundum”.

Bu cinayət işinə Qusar rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə aylıq qazancının 15 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 9 ay müddətə islah işləri cəzasına məhkum edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az