Qazaxıstan parlamentinin deputatı Azamat Əbildayevmandatından məhrum edilib.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb qazax deputatın Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsi olub.
Bu barədə qərar Qazaxıstan Mərkəzi Seçki Komissiyasının saytında da dərc olunub.
Qeyd edək ki, bir müddət əvvəl isə Əbildayev “Ak Yol” Demokrat Partiyasından xaric edilib.


