Dünya

Litva prezidenti 20 Yanvarla bağlı nə YAZDI...

Litva prezidenti 20 Yanvarla bağlı nə YAZDI...

Litva prezidenti Qitanas Nauseda 20 Yanvarla bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, Nauseda bu barədə tviter səhifəsində yazıb.

"1990-cı ilin Qara Yanvarı - Sovet qoşunlarının Bakını işğalı və insanların qəddarlıqla qətlə yetirilməsini anıram. Sovetlərin müstəqillik hərəkatını əzmək cəhdləri uğurlu olmadı. 33 il sonra təcavüzkar Ukraynada eyni vəhşi cinayətləri törədir. Uğurlu ola bilməyəcəklər. O vaxtlar deyil. İndi daha deyil. Əsla", - deyə o qeyd edib.

D
demokrat.az