Dünya Özəl

Çində koronavirus xəstələrinin sayı pik həddə çatdı

Çində koronavirus xəstələrinin sayı pik həddə çatdı

Çin xəstəxanalarında reanimasiyaya ehtiyacı olan koronavirus xəstələrinin sayı pik həddə çatıb. Demokrat.az xarici mətbuata istinadən bildirir ki, Çin səhiyyə orqanlarının məlumatına görə,buna səbəb milyonlarla insanın Yeni ili ərəfəsində ölkədən çıxışı olub.

Ekspertlər bir həftə ərzində ölkədə, gündə 36 minə qədər ölüm gözləyirlər.

Bu rəqəmə evdə ölənlər daxil deyil.

Ötən şənbə günü Çin səhiyyə orqanları bildirib ki, 8 dekabr 2022-ci ildən bu il yanvarın 12-dək xəstəxanalarda 60 minə yaxın insan "COVID"-dən dünyasını dəyişib ki, bu da əvvəlki ölüm hallarından 10 faiz çoxdur.

Proqnoz olunur ki, yaxın iki həftə ərzində Çinin səhiyyə sistemində əhəmiyyətli gərginlik olacaq.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova