Dünya Özəl

Zaporojyedə "S-300" raket zərbəsi nəticəsində yaralananların sayı 9-a çatdı

Zaporojyedə S-300 raket zərbəsi nəticəsində yaralananların sayı 9-a çatdı

ZaporojyedəS-300 raketinin gecə hücumu nəticəsindəyaralananların sayı 9 -a çatıb.

Zaporojye vilayətinin polisinin verdiyiməlumata görə, saat 00:50 radələrində rus qoşunları yenidən şəhərin yaşayış məhəllələrindən birinə raket zərbələri endirib.

Hücum nəticəsində yaxınlıqdakı qaraj yanıb, evlərdə yanğın baş verib, partlayış dalğasından yaxınlıqdakı evlərin şüşə və eyvan çərçivələri sınıb, fasad və həyətdə dayanan avtomobillərə ziyan dəyib.

Həmçinin, təkan dalğası və mərmi qəlpələri zərbə yerinə yaxın yerləşən ofislərə, mağazalara, müəssisələrin binalarına ziyan vurub.

"Raket hücumu nəticəsində 9 nəfər xəsarət alıb - 4 nəfər tibb müəssisələrinə yerləşdirilib, onlardan ikisi 9 və 15 yaşlarındadır", - hüquq-mühafizə orqanlarının əməkdaşları bildiriblər.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova