Ukrayna vətəndaşlığından məhrum edilənlərin əksəriyyətinin digər dövlətlərin, o cümlədən Rusiyanın pasportları olub.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lvovda keçirilən Lyublin üçbucağının ikinci sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Bu insanların hamısı bir vətəndaşlığa malik olmalıdır. Rusiya Federasiyasının vətəndaşıdırsa,bu vətəndaşlıqla müvafiq dövlətdə yaşasınlar. Mənə elə gəlir ki, bu, tamamilə ədalətlidir".
Zelenski qeyd edib ki, vətəndaşlıqdan məhrumetmə Ukrayna qanunvericiliyinə və Ukrayna Konstitusiyasına uyğun olaraq baş verib.
Qeyd edək ki,prezident Volodimir Zelenski keçmiş “Həyat Naminə Müxalifət Platforması” partiyasından olan xalq deputatları – Viktor Medvedçuk, Taras Kozak və Renat Kuzmin, habelə keçmiş xalq deputatı Andrey Derkaçdan Ukrayna vətəndaşlığını ləğv edib.
Leyla Demokrat.az


