Dünya Özəl

Tailandda döyüş gəmisi batıb: 31 əsgər itkin düşüb

Tailandda döyüş gəmisi batıb: 31 əsgər itkin düşüb

Tailand körfəzində hərbi dəniz qüvvələrinə məxsus döyüş gəmisi batıb .

Demokrat az xarici kiv-ə istinadla bildiri ki, hadisə hərbi gəminin Bangasafan rayonunda eskadadan 32 km aralıda dəniz patrul xidməti keçirərkən baş verib.

Axşam saatlarında başlayan güclü külək HTMS Sukhothai korvetinin elektrik sistemini sıradan çıxardıb.

Nəticədə güc itirən gəmi daha çox dəniz suyuna məruz qalaraq batıb .

Tayland Kral Donanması gəmiyə kömək etmək üçün səyyar nasos maşınları və iki helikopter göndərsə də güclü külək onların işini çətinləşdirib.

Səhər saatlarında açıqlama verən Hərbi dəniz qüvvələri 75 əsgərin xilas edildiyini deyiblər .

Həmçinin 31 əsgərin hələ də suda olduğunu və onların axtarışı üçün əlavə quvvələrin hadisə yerinə cəlb olunduğunu bildiriblər.

Arzu Demokrat.az

D
demokrat.az