Dünya

Yaşayış binasında PARTLAYIŞ: Ölənlər var

Yaşayış binasında PARTLAYIŞ: Ölənlər var

Belarusun paytaxtı Minsk şəhərində yaşayış binasında məişət qazının partlaması nəticəsində biri uşaq olmaqla 6 nəfər həlak olub.

Demokrat.az xəbər verir ki, bu barədə Belarus İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, partlayış təxminən yerli vaxtla saat 03:30-da Şevçenko bulvarındakı yaşayış binasında baş verib.

Yaşayış binasından 20-dən çox insan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən təxliyə edilib. /Manset.az

D
demokrat.az