Dünya Özəl

Ukrayna Tayvandan 1 milyon dollar alacaq

Ukrayna Tayvandan 1 milyon dollar alacaq

Kiyev enerji infrastrukturunun bərpası üçün Tayvandan bir milyon dollar alacaq

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bununla bağlı KiyevmeriVitali Kliçko, Tayvanın xarici işlər naziri Cozef Vu və “Darnychane” Xeyriyyə Fondunun təsisçisi Hryhoriy MalenkoUkraynapaytaxtında enerji infrastrukturunun yenidən qurulması üçün avadanlıq almasınakömək məqsədiylə Anlaşma Memorandumu (MOU) imzalayıblar .

Sənədə əsasən, Ukrayna tərəfi bir milyon dollar alacaq.

Tayvanın qışda Ukrayna vətəndaşlarına kömək etmək üçün Kiyevə humanitar yardım, o cümlədən qış geyimləri, şərflər, əlcəklər, ədyallar və ərzaq payı təmin edəcəyi dəqiqləşib.

Qeyd edildiyi kimi, Tayvan “çətin vaxtlarda” tərəfdaşlara yardım göstərməyə hazırdır.

Bir müddət əvvəl isə UkraynaTayvanla əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün 15 deputatın daxil olduğu parlamentlərarası qrupyaradıb.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova