Çinin keçmiş lideri Jiang Zemin 97 yaşında vəfat edib.
Demokrat.az xarici mətbuata istinadən bildirir ki, o, qan xərçəngindən və orqan çatışmazlığından dünyasını dəyişib .
Qeyd edək ki, Jiang Zemin 1993-2002-ci illərdə ölkə rəhbəri olub.
O, Şanxay Jiaotong Universitetində elektrik mühəndisi kimi təhsil alıb və sonra təhsilini Rusiyada davam etdirib.
Jiang Zemin 1946-cı ildə ÇXR-in yaradılmasından üç il əvvəl Kommunist Partiyasına üzv olub.
Onun dövründə siyasi sahədə qanunlar sərtləşdirlib, iqtisadi sahədə ciddi islahatlar aparılıb.
Leyla Demokrat.az


