Dünya Özəl

ABŞ-da son inflyasiya rəqəmləri açıqlandı

ABŞ-da son inflyasiya rəqəmləri açıqlandı

ABŞ-da inflyasiya ilə bağlı məlumatlar açıqlanıb.

Demokrat.az xəbər verir ki, oktyabr ayı üzrə inflyasiya məlumatları gözləntilərin altında illik bazada 7,7 faiz olub.

Bu gün qlobal bazarlarda kriptovalyuta bazarı ilə bağlı narahatlıqlar davam etməkdədir. Həmçinin, Çindəki proseslər və ABŞ-da keçirilən aralıq seçkilərin nəticələrinə dair qeyri-müəyyənlik mənfi istiqamətdə hərəkət edərkən, gözlər ABŞ-ın inflyasiya məlumatlarına çevrilib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr toplantısı öncəsi ABŞ-ın bu gün açıqladığı inflyasiya məlumatları kritik əhəmiyyət kəsb edib. Qeyd edək ki, proqnozlarda oktyabr üzrə ölkədə inflyasiyanın aylıq 0,4 faiz olacağı, illik inflyasiyanın isə 8,2 faizdən 8 faizə enəcəyi gözlənilirdi.

Jalə Demokrat.az

D
demokrat.az