Dünya Özəl

ABŞ və Yaponiya birgə genişmiqyaslı hərbi təlimlərə başlayır

ABŞ və Yaponiya birgə genişmiqyaslı hərbi təlimlərə başlayır

Yaponiya və ABŞ hərbçiləri Yaponiyanın cənub-qərb bölgəsində “Kəskin qılınc” adlı genişmiqyaslı birgə hərbi təlimlərə başlayıb. Demokrat.az "TGRT Haber"ə istinadən xəbər verir ki, Çinin Asiya-Sakit Okean regionunda üstünlüyü və Şimali Koreyanın tez-tez ballistik raket sınaqları keçirməsi digər ölkələri, xüsusilə də ABŞ-ı hərəkətə keçirib.

Yaponiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Şimali Koreyanın Yapon dənizlərində, Çinin Asiya-Sakit Okean bölgəsində hərbi varlığını artırması təhlükəsizliklə bağlı narahatlıqlar yaradıb.

Xüsusilə, Şimali Koreyanın bu bölgələrdə ardıcıl ballistik raket sınaqları keçirməsindən sonra ABŞ, Cənubi Koreya və Yaponiya hərəkətə keçib.

Bu təlimin Çinin Asiya-Sakit okean regionunda dənizlərdə hərbi varlığını artırdığı və Şimali Koreyanın ballistik raket proqramını yenidən sürətləndirdiyi bir dövrə təsadüf etməsi diqqət çəkir.

Məlumata görə, təlimə Avstraliya, Kanada və İngiltərədən ümumilikdə 4 döyüş gəmisi və 2 təyyarə dəstək verəcək. ABŞ və Yaponiya Silahlı Qüvvələri 30 gəmi və 370 təyyarə ilə iştirak edəcək.

İki ölkənin gözlənilməz vəziyyətlərlə mübarizədə çəkindirmə imkanlarının gücləndirilməsi məqsədi daşıyan təlimdə kosmos və kiberməkan kimi yeni müdafiə sahələrinin, eləcə də ballistik raketlərə müdaxilə əməliyyatlarının aparılacağı açıqlanıb. “Keen Sword” adlı təlim noyabrın 19-dək davam edəcək.

Jalə Demokrat.az

D
demokrat.az