Dünya

Ərdoğan NATO Baş katibi ilə görüşdü — YENİLƏNİB

Ərdoğan NATO Baş katibi ilə görüşdü — YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başa çatıb.

Demokrat.az xəbər verir ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi, Yunanıstanın təcavüzkar hərəkətləri, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi müzakirə edilib.

Ərdoğan bildirib ki, Türkiyə taxıl dəhlizinin fəaliyyətinin bərpa olunmasından sonra diqqətini sazişin uzadılmasına yönəldəcək.

Türkiyə lideri İsveç və Finlandiyanın NATO-ya daxil olmasına dair prosesin iki ölkənin atacağı addımlardan asılı olduğunu vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bölgədə gərginliyi artıran Yunanıstan ehtiyatlı davranaraq dialoqa qayıtmalıdır.

***19:03

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş başlayıb.

Demokrat.az xəbər xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Görüşdə Türkiyə-NATO münasibətləri, Ukraynada davam edən müharibə, taxıl dəhlizi və digər məsələlər müzakirə ediləcək.

D
demokrat.az