Norveç Rusiyadan olan 30 fiziki və 7 hüquqi şəxsə qarşı yeni sanksiyalar tətbiq edib
Demokrat.az TASS-a istinadən bildirir ki, bu günə kimi krallığın sanksiya siyahısına Rusiyadan 1260 fiziki şəxs və 115 qurum daxildir.
Norvçin xarici işlər naziri Anniken Huitfeldt deyib:
"Biz bir daha Aİ ilə birlikdə Rusiya hökumətinə və onun tərəfdarlarına təzyiqi davam etdirmək üçün Rusiyaya qarşı sanksiyalar tətbiq edirik".
Nazirlər Kabineti qeyd edib ki, məhdudiyyətlər xüsusilə Donetsk və Luqansk Xalq Respublikaları, Xerson və Zaporoqye vilayətlərində referendum təşkil edənlərə qarşı tətbiq edilib.
Açıqlamaya görə, “kömür, elektron komponentlər, aviasiya sektorunda istifadə olunan texnoloji əşyalar, bəzi kimyəvi maddələr və atıcı silahlara əlavə ixrac məhdudiyyətləri tətbiq edilib”.
“Polad məmulatları, maşın və məişət texnikası, plastik məmulatlar, nəqliyyat vasitələri, tekstil, ayaqqabı, dəri, keramika, bəzi kimyəvi məhsullar və qızıl olmayan zərgərlik məmulatlarına əlavə idxal məhdudiyyətləri tətbiq edilib”, - deyə hökumətin mətbuat xidmətindən bildirilib.
Leyla Demokrat.az


