Dünya Özəl

Somalidə taxıl sevinci: "Ərdoğana təşəkkür edirik"

Somalidə taxıl sevinci: Ərdoğana təşəkkür edirik

Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) təşəbbüslərindən sonra Qara dənizdə "taxıl dəhlizi"nin yenidən açılması Somali xalqı tərəfindən müsbət qarşılanıb.

Demokrat.az İHA-ya istinadən xəbər verir ki,Rusiya-Ukrayna müharibəsinə görə taxıl böhranından ən çox zərər çəkən Somali xalqı "taxıl dəhlizi"nin açılmasına sevinib.

Paytaxt Moqadişonun taxıl bazarında işləyən Əminə Sidov Ömər deyir ki, son vaxtlar taxılın qiymətinin artması ilə vəziyyət çətinləşib.

O, Türkiyənin taxıl dəhlizi böhranını həll etməsinin Somali üçün əhəmiyyətli olduğunu vurğulayıb. Həmçinin, növbəti günlərdə Afrikaya çatacaq taxıl daşımaları sayəsində bahalaşan qiymətlərin azalacağını bildirib.

Taxıl almaq üçün bazara gələn Əhməd Əli ibrahim isə Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə taxil böhranının aradan qaldırıldığı xəbərini eşidib və bu təşəbbüsünə görə Türkiyə liderinə təşəkkürünü çatdırıb.

Rza Demokrat.az

D
demokrat.az