Dünya Özəl

"Rusiya Qərbin dağıdıcı hərəkətlərini nəzərə alaraq..." — Lavrov

Rusiya Qərbin dağıdıcı hərəkətlərini nəzərə alaraq... — Lavrov

"Heç kim Rusiya iqtisadiyyatını dayandıra və ya ölkədəki siyasi sabitliyi poza bilməyəcək"

Demokrat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “İqtisadi əməkdaşlıq: həmvətənlər və Rusiyanın regionları” adlı konfrans zamanı rusiyalılara müraciətdə deyib.

"Əminliklə demək olar ki, heç kim Rusiya iqtisadiyyatını dayandıra və ya daxili siyasi sabitliyi poza bilməyəcək", - Lavrov qeyd edib.

Onun sözlərinə görə, Rusiya Qərbin dağıdıcı hərəkətlərini nəzərə alaraq, heç bir çətinlikdən asılı olmayaraq öz kursunu davamlı şəkildə davam etdirir.

"Biz əvvəllər də sanksiyalarla üzləşmişdik. Ötən onilliklərin təcrübəsi bizə çətinliyin öhdəsindən gəlməyə kömək edir", - baş diplomat qeyd edib.

Lavrov Rusiyanın beynəlxalq arenada təcrid olunmadığını vurğulayıb.

"Bizim dünyada çoxlu dostlarımız var. Biz MDB daxilində, Asiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ölkələrinin geniş spektri ilə əlaqələrimizi ardıcıl surətdə gücləndiririk".

Leyla Demokrat.az

D
demokrat.az