Dünya

Fransanın sərnişin təyyarəsi İranda məcburi eniş etdi

Fransanın sərnişin təyyarəsi İranda məcburi eniş etdi

"Air France" aviaşirkətinin sərnişin təyyarəsi İranın İsfahan şəhərinin beynəlxalq hava limanında məcburi eniş edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Təyyarə Paris - Mumbay aviareysini yerinə yetirirdi. Enişin səbəbi açıqlanmır.

Qeyd edək ki, daha öncə İsfahan səmasında radarlardan təyyarənin yoxa çıxması ilə bağlı məlumat yayılıb.

D
demokrat.az