Braziliyada prezident seçkilərinin ikinci turundan əvvəl qalmaqal yaranıb.
Demokrat.az xəbər verir ki, keçmiş prezident Luis İnasio Lula da Silva bildirib ki, indiki prezident Jair Bolsonaronun futbol ulduzu Neymarla seçkilərdən əvvəl sövdələşməsi olub.
O, hesab edir ki, Neymar səsvermədən əvvəl Jairi dəstəkləsə, hazırkı prezident futbolçunun bütün vergi borclarını siləcək. Seçkilərdə göstərdiyi dəstəyə görə onun 17 milyon avro vergisi bağışlanacaq:
“Neymarın istədiyi şəxsə səs vermək hüququ var. Ancaq düşünürəm ki, o, seçkidə qalib gələcəyim halda, Bolsonaronun gəlir vergisi borclarını sildiyini öyrənəcəyimdən qorxur”,
Qeyd edək ki, oktyabrın 2-də Braziliyada prezident seçkilərinin birinci turu keçirilib. İlkin nəticələrə əsasən, Jair Bolsonaro və Luis İnasio Lula da Silva ikinci tura yüksəliblər.
İlk turda Da Silva 53 faiz səslə qalib gəlib, Bolsonaro isə 47 faiz toplayıb. Səsvermənin həlledici mərhələsi oktyabrın 30-da keçiriləcək.
Zamiq Demokrat.az


