Dünya

İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı

İqor Dodonun ev dustaqlığının müddəti uzadıldı

Moldovanın sabiq prezidenti İqor Dodon hələ bir müddət də ev dustaqlığında qalacaq.

Bubarədə Kişinyovun Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Kişinyov administrasiyası İ.Dodonun vəkillərinin həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini rədd edib. Eyni zamanda, hakimlər prokurorların həbs müddətinin 20 deyil, 30 sutka uzadılması barədə vəsatətini təmin ediblər.

Qeyd edək ki, mayın 24-də İqor Dodona qarşı dövlətə xəyanət və korrupsiya ittihamları irəli sürülüb.

D
demokrat.az