Dünya

Ukrayna: “Rusiya ordusu döyüş mövqelərimizə zəhərli maddə atıb“

Ukrayna: “Rusiya ordusu döyüş mövqelərimizə zəhərli maddə atıb“

Rusiya ordusu drondan istifadə edərək Ukrayna hərbçilərinin döyüş mövqelərinə içərisində zəhərli maddə olan konteynerlər atıb.

Demokrat.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

Əraziyə K-51 xloropikrin qumbarası atıldığı ehtimal edilir.

Məlumata görə, itki yoxdur.

D
demokrat.az