Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Azər Mustafa oğlu Məmmədovun da nəşi ailəsinə təhvil verilib.
Demokrat.az-ın məlumatına görə, şəhidimiz bu gün dəfn olunacaq.
Qeyd edək ki, Qazaxın Kəmərli kəndindən olan şəhidimiz DSX-də xidmət edirdi. Sosial şəbəkələrdə yayılan məlumata görə, onun 20 gün əvvəl toyu olmuşdu.
Allah rəhmət eləsin!



