Gündəm Özəl

“Azərbaycan ordusu Ermənistan ərazisinə soxulmayıb" — Erməni deputat

“Azərbaycan ordusu Ermənistan ərazisinə soxulmayıb — Erməni deputat

Hazırda hərbi vəziyyətin tətbiqinə ehtiyac yoxdur.

Demokrat.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan deyib.

"Bu gün biz bu məsələni ictimai olmayan formatda müzakirə etdik və belə qənaətə gəldik ki, buna ehtiyac yoxdur, çünki biz sərhəd münaqişəsi ilə məşğul olduğumuz üçün Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının ərazisinə soxulmayıb” deyə Arsenyan bildirib.

Beləliklə, Ermənistan hakimiyyəti Bakının əməliyyatın məhdud lokal xarakter daşıması barədə məlumatını təsdiqləyib. Bu, KTMT və BMT Təhlükəsizlik Şurasında sərhədlərin eskalasiyasına baxılarkən göstərici rolunu oynayacaq mühüm etirafdır.

Zamiq Demokrat.az

D
demokrat.az