Dünya

Putin Duqin ailəsinə başsağlığı verdi

Putin Duqin ailəsinə başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin jurnalist Darya Duqinanın ölümü ilə bağlı başsağlığı verib. Demokrat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Putin tanınmış ictimai-siyasi xadimAleksandr Duqinin qızının öldürülməsini alçaq və qəddar cinayət adlandırıb. O, qeyd edib ki, Darya Duqina insanlara, vətəninə vicdanla xidmət edib, Rusiyadavətənpərvərliyinnə demək olduğunu sübut edib. Xatırladaq ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızıDarya Duqina ötən gün həlak olub. Hadisə Moskva vilayətində“Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi30 yaşlı Duqinanın həyatına son qoyub. Federal Təhlükəsizlik Xidməti (FSB)bu gün Darya Duqinanın qatilinin kimliyiaçıqlanıb. Rəsmi məlumatda cinayətin Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, sui-qəsdi1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Natalya Pavel Vovk törədib.

Demokrat.az

D
demokrat.az